Türkiyə 1-ci liqasında 18-ci turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Namik Ələskərovun çıxış etdiyi “Bursaspor” növbəti matçına çıxıb. Kollektiv doğma meydanda “Bandırmaspor”la qarşılaşıb - 0:1.
Qeyd edək ki, Namik bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və fasilədə əvəzlənib.