Bu gün İbrahima Vacinin "Qarabağ"dan ayrılacağı ilə bağlı xəbərlər yayıldı.
"Football-plus.az" saytı olaraq, məlumatın doğru olub-olmadığını öyrənmək məqsədi ilə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə danışdıq. Klub rəsmisinin bu məsələ ilə bağlı açıqlaması belə oldu:
"İbrahima Vaci ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir. O, müqavilə ilə komandamıza məxsus futbolçudu. Bizimlə birlikdə Antalya toplanışına gedəcək. Bundan sonra da ona güvənimiz sonsuzdu. Bu xəbərlər qəti şəkildə həqiqəti əks etdirmir. Fürsətdən istifadə edib həmkarlarıma demək istəyirəm ki, bu tip xəbərlər yayılan zaman klubun mövqeyini öyrənməyə çalışsınlar".
SƏNƏM FƏRHADOVA