Rusiya yığmasının sabiq baş məşqçisinin işsiz günlərinin sonuna az qalıb.
Stanislav Çerçesov karyerasını böyük ehtimalla Macarıstanda davam etdirəcək. Bu ölkənin informasiya mənbələri onun “Ferentsvaroş” ilə razılığa gəldiyini xəbər verib. 58 yaşlı mütəxəssisin bu kluba təyinatı gələn həftənin əvvəlinə gözlənilir.
Budapeşt klubu bazar ertəsi Peter Ştögeri baş məşqçi vəzifəsindən istefaya göndərib. Komanda hazırda Macarıstan çempionatında 2-ci yeri tutur.