Eran Zahavi yenə ziyana düşüb: PSV-nin oyunçusunun evi növbəti dəfə qarət olunub.
"Football-plus.az" saytının məlumatına görə, Niderland klubunun 34 yaşlı hücumçusu bu il artıq ikinci dəfə belə vəziyyətə düşüb. Oğrular evə daxil olarkən orda heç kim olmayıb. Amsterdam polisi hadisə ilə bağlı iki nəfər şübhəli şəxsi saxlayıb. Qeyd edək ki, israilli futbolçunun evi may ayında da qarət olunmuşdu.