Azərbaycanda uşaq futbolunun problemləri: Sağlam təməllər üzərində sağlam bina... Olacaqmı?

Bizim futbolumuzda “vuran ayaq” problemi nə qədər aktualdısa, etibarlı qapıçı problemi də var. Təkcə bir məqamı xatırlatmaq kifayətdi ki, hazırda Azərbaycan millisinin “1 nömrə”si dağıstanlı Şahruddin Məhəmmədəliyevdi. “Milliləşdirilmiş” qapıçı həm “Qarabağ”da, həm də yığmada əvəzolunnmaz sayılır. Deməli, son illərdə Azərbaycan futbolu səviyyəli və etibarlı qapıçı yetişdirə bilməyib. Bunun səbəbini qapıçılar üzrə məşqçi Kamil Qafarovla aydınlaşdırmağa çalışdıq. 1978-ci ildə Siyəzəndə dünyaya göz açan həmsöhbətimiz Şimal bölgəsinin təmsilçiləri Quba və Qusar “Şahdağ”ında, “Rəvan”da, “Xəzər Lənkəran”da “çərçivə”ni qoruyub. A kateqoriyalı məşqçi kimi uşaqlara bu işin incəliklərini öyrədir. Qeyd edək ki, Kamil Qafarovun bacısı oğlu Bəşir Abbasov 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olub. Onun qəhrəmanlığı Ali Baş Komandan İlham Əliyev tərəfindən üç medalla qiymətləndirilib.

“Uşaq komandasından nəticə tələb etmək futbolu uçuruma aparır”


- Kamil bəy, indiyə qədər fərqli mütəxəssislərlə həmsöhbət olmuşuq. Amma qapıçılar üzrə məşqçi kimi ilk müsahibimiz sizsiz. İstərdik ki, bu spesifik sahəylə bağlı fikirlərinizi dinləyək. Qapıçı olmaq üçün hansı keyfiyyətlər vacibdi?

- Futbola ilk addımlarımı doğulduğum Siyəzən rayonunda atmışam. O vaxtlar hər rayonda, hər kənddə uşaqlar topun arxasınca qaçırdılar. Belədə məşqçilərin də seçim imkanı geniş olurdu, istedadı olanları bu sahəyə yönəldirdilər. Özüm karyeramı bitirdikdən sonra - 2011-ci ildən “Rəvan”da məşqçiliyə başladım. Beş il “Rəvan”ın əsas və əvəzedici komandasında çalışmışam. Ardınca “Xəzər”lə birlikdə birinci divizionun çempionu olduq. Hazırda “Neftçi”nin futbol akademiyasında qapıçılar üzrə əlaqələndiriciyəm. Demək istəyirəm ki, uzun müddətdi bu sahənin içindəyəm. Yetərincə müşahidələrim, gəldiyim nəticələr var. Düzgün qeyd etdiz ki, qapıçılar mövqeyinə və spesifikasına görə başqalarından fərqlənir. Qapıçıda anadangəlmə elastiklik, "partlayıcı güc" olmalıdı. Cəldlik və çevikliklə yanaşı, qapıçının xarakterinin güclü olması əsas şərtdi. Bu da daha çox psixologiyadan asılıdı. Qapıçının boyunun uca olması əlavə üstünlükdü. Adətən, boyu 1 metr 80 santimetrdən artıq olanlar bu üstünlükdən yararlana bilirlər. Sözsüz, istisnalar var. Gücün, çevikliyin sayəsində boydakı problemi kompensasiya etmək mümkündü. Buna da Şahruddin Məhəmmədəliyevi misal göstərmək olar. Boyu o qədər də uca deyil, amma çevikliyi sayəsində bunu “sığortalayır”. Belə nümunələri çox çəkmək mümkündü.



- Qeyd etdin ki, hazırda “Neftçi”nin akademiyasında çalışırsan. Akademiyada perespektiv vəd edənlərin sayı çoxdumu? Ümumiyyətlə, indiki uşaqlar böyük gələcək vəd edirlərmi?

- Yetərincə istedadlı uşaq görürəm. Çox vacibdi ki, onlarla düzgün iş aparılsın, proses davam etdirilsin. Mən də bu akademiyada çalışdıqca buna nəzarət edəcəyəm. Kompleks şəkildə məşqçi yoldaşlarımızla birlikdə iş aparırıq. Əminik ki, zəhmətimizin bəhrəsini görəcəyik, “Neftçi”yə və Azərbaycan futboluna istedadlı qapıçılar təhvil verə biləcəyik. Onların yaşı azdı, adlarını çəkməklə psixologiyalarına təsir etmiş olarıq. Kimisə hədsiz həvəslənər, digəri ruhdan düşər. Ona görə fərdlər üzərində dayanmayacaq. Amma siz əmin edə bilərəm ki, hər bir yaş qrupu üzrə gələcək vəd edən qapıçılarımız var. Allah onları zədədən, kənar təsirlərdən qorusun. Boyları da inkişaf etsə, onların hər biri gələcəkdə yaxşı qapıçı olacaq. Bu yerdə qeyd edim ki, hazırda “Sumqayıt”da çıxış edən, əsas milliyə dəvət alan Aydın Bayramov mənim yetirməmdi. Bir vaxtlar onun da parlaq gələcəyini görürdüm. Onun fərdi keyfiyyətləri, savadı güclüdü. Tərlan Əhmədliylə də iki il çalışmışam, üzərində əməyim var. Tərlanla sırf texnika üzərində 7-8 ay işləmişəm. Ondan sonra inkişaf etməyə başladı. Peşəkar futbola da mənim yanımda başladı. Sözümün canı odu ki, hazırda da həmin prosesi daha yaxşı şəkildə davam etdiririk.



- Uşaq futbolunda qapıçı məşqçisi işləyən mütəxəssislər barədə danışaq. Onların hansı keyfiyyətləri olmalıdı?

- Məşqçi çatışmazlığı ciddi problemdi. Mütəxəssislər öz üzərində çalışmalı, müasir dövrlə ayaqlaşmalıdılar. Onlar texnikanı bilmədilər ki, uşağa da nəsə öyrətsinlər. Bu gün məşqçilərin çoxu texnikanın detallarını bilmir. Uşağa başa sala bilmirlər ki, topu necə tutmalıdılar, qapıçı duruşu necə olmalıdı. Bir də sistemli şəkildə klublarımızda iş aparmalıdı. 9-11 yaşlı uşaqlara yanaşma xüsusi diqqət tələb edir. Onlara kompleks məşqlər vermək olmaz. Amma bəzi klublarda bunu nəzərə almırlar. Bir uşaq texnikanı düzgün qavramayıbsa, ona kompleks məşq keçmək olmaz. Daha sonra sürət, keyfiyyət kimi incəliklər öyrədilməlidi. Bunun da yolu məşqçilərin maariflənməsindən keçir. Böyük futbolda hər komandanın bir əsas qapıçısı olur. Mümkün deyil ki, hər oyun qapıçılar növbəylə “çərçivə”də dayansınlar. Ancaq uşaq futbolunda vəziyyət fərqlidi. Bir yaş qrupunda iki perspektivli qapıçı varsa, onların hər ikisinə bərabər şərait yaradılmalıdı. Biz də akademiyada məşqçilərdən bunu tələb edirik. Bizə uşaq futbolunda nəticə lazım deyil. Bu tələb uşaq futbolunu uçuruma aparır. Uşaq komandasının nəticəsi yox, gələcəyi lazımdı. Hətta ola bilər ki, hər hissədə qapıçılardan biri qapıda dayansın. Bir qapıçını oynadıb, digərini daim ehtiyatda saxlamaq olmaz. Uşaqlar oynaya-oynaya təcrübə yığır, futbolu da öyrənir. Bir məşqçi uşağa savad verə bilmirsə, təcrübə də işə yaramayacaq. Bu iki amil bir-birini tamamlamalıdı. Bütün bu məqamlar da məşqçinin özünün savadından asılıdı. Uşağın az oynaması da ciddi problemdi. Ayda iki və ya dörd oyun çox azdı. Turnirlərin sayı artırılmalıdı. Beynəlxalq yarışlara qatılmaq uşaqların gözünü açır, özünəinamı artırır. Bu da bizim yaralı yerimizdi.

- Azərbaycanda qapıçılar üçün ayrıca futbol məktəbinin və ya akademiyanın açılması bizə xeyir verə bilərmi?

- Ayrıca akademiyanın əvəzinə yaxşı olardı ki, məşqçilər maariflənsin və klublarda sistemli iş aparılsın. Hər bir klubda savadlı, texnikanı, inkişaf planını bilən, qapıçıların yaşına görə proqram qurmağı bacaran məşqçilər, onlara nəzarət edəcək əlaqələndiricilər olmalıdı. Yalnız ondan sonra inkişafdan danışa bilərik. Bizim klublarda sistemli iş, proqramlaşdırma yoxdusa, hansı inkişafdan danışaq? Lap elə o akademiyalar açıldı, orda kim işləyəcək? Əvvəlcə güclü mütəxəssislər olmalıdı. Niyə özümüz bunu öyrənmirik, amma xaricdən məşqçi gətiririk? İndiki halda Almaniyadan, Polşadan güclü mütəxəssislər iş qurmaq üçün dəvət oluna bilər. Bəzi məşqçilər bizim sözümüzü eşitmək istəmir, bəlkə əcnəbiləri dinləyərlər. Hazırda bir və ya iki klubda normal iş gedirsə, bu da inkişaf demək deyil. İş düzgün aparılanda uşaqlar da həvəslənir, bu sahəyə də maraq artır. Uşaq da bunu görür, daha yaxşı çalışmağa başlayır. Blok seyvini, qapıçı duruşunu bilməyən uşaqlar gələcəkdə böyük qapıçı ola bilməyəcək. İndiyə qədər bizim uşaqları düzgün öyrətməyiblər.

- Məşqçilərin maarıfləndirilməsiylə bağlı “Neftçi” akademiyasında vəziyyət necədi?

- Akademiyada mənimlə birlikdə daha iki nəfər çalışır. Yanvardan sonra bu sayın artırılması nəzərdə tutulub. Nə qədər çox məşqçi olsa, iş də daha keyfiyyətli aparılacaq. U-13 komandasına qədər təmələ xüsusi diqqət ayırırıq. Çünki bu yaş qrupu əsas sayılır. Öz aramızda diskusiyalar aparmaqla inkişaf etməyə çalışır. İnsan övladı bütün həyatı boyu oxumalı, öyrənməlidi. Nə qədər öyrənirsənsə, hələ də hansısa sahəni tam bilmirsən. Ona görə də mən də öz üzərimdə çalışmaqdayam.

İLKİN SULTANLI



Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Son xəbərlər

PSV-nin futbolçusu premyer-liqa klubunun hədəfində

MY Kasemiro transferini açıqladı

Beyli "Marsel" yolunda

"Vilyarreal"da ayrılıq

"Fiorentina"da yeni müqavilə

Tuxel və Kontenin cəzaları müəyyənləşdi

"İnter" PSJ-nin təklifini rədd etdi

"Brayton"da yeni müqavilə

MY Antoni transferində israrlıdı

Ndombelenin yeni klubu müəyyənləşdi

Autsayderlərin matçında iki qol - VİDEO

"Komanda olaraq oyundan-oyuna artıracağıq" - Vüqar Əsgərli

"Daha yaxşı nəticə əldə edə bilərdik" - Mahmud Qurbanov

"Kəpəz"in iki futbolçusu "Qəbələ" ilə görüşü buraxacaq

"Çelsi" Obameyanqa təklif göndərəcək

Şamaxıda bərabərlik - YENİLƏNİB

Yamayka millisinin forvardı "Qalatasaray"a keçə bilər

"Viktoriya" - "Qarabağ" matçına əlavə biletlər satışa çıxarıldı

19 yaşlı müdafiəçi rəsmən "Çelsi"də

"Qarabağ"in Çexiyaya səfər tarixi açıqlandı

Mayk Tayson əlil arabasında - FOTOLAR

"Pis dönəmlər keçirdim, ancaq vəziyyətdən çıxa bildim" - Suares

Daha 1 il "Bavariya"da qala bilər

İki idmançımız Avropa çempionatının finalında

Ançelotti Kazemironun "Mançester Yunayted"ə keçidini istəmir

Ronaldo ten Haqın işindən narazıdı

"Barselona" "Vilyareal"ın futbolçusu ilə razılaşdı

"Bu nəticə bizə revanş üçün əla şans verir" - "Viktoriya"nın futbolçusu

“Xocalı”nın direktoru valideyndən 3000 manat tələb edir

Medianın İnkişafı Agentliyi media subyektlərinə müraciət etdi

"Real"ın futbolçusu "Mançester Yunayted"də

Millimizin üzvü "Neftçi"də

Daha bir klub Ronaldonu istəmədi

Premyer-liqada 3-cü turun təyinatları açıqlandı

Patrik Andrade "Partizan"da ilk qolunu vurdu

PSJ Neymar və Mbappeyə xəbərdarlıq etdi

Bu divizion klubunun ev oyunlarına giriş pullu olacaq

AFFA Region Liqası klubları üçün tender elan etdi

Millimizin sabiq üzvü Almaniya klubunda

“Atletiko”nun mövsümöncəsi toplanışı cəhənnəm əzabıdı

Ronaldo artıq Ten Haqı da bezdirib

Mendinin qeyri-adi seks macəraları

İtaliyadan İngiltərəyə yollandı

Ramos Mbappe ilə Neymarı barışdırdı

Tribunalar doldu-daşdı, qələbə bizdən uzaq qaçdı - YAZI

Bütün xəbərlər