"Legiya"nın baş məşqçisi Aleksandr Vukoviç Mahir Emreli ilə görüşüb.
"Football-plus.az" saytının məlumatına görə, bu haqda Polşanın "Meczyki" nəşri xəbər yayıb. Mənbəyə inansaq mütəxəssis millimizin üzvü ilə onun klubdakı gələcəyi haqda danışıb.
42 yaşlı məşqçi hücumçuya komandada ona ehtiyacının olduğunu deyib. Mahir bu görüşə müsbət reaksiya versə də, hazırda karyerası ilə bağlı qərar vermədiyini söyləyib. Lakin Vukoviçlə danışmağı 24 yaşlı oyunçunun münasibətini yaxşılaşdırıb. Onun ən azı cari mövsümün sonunadək "Legiya"da qalacağı ehtimal edilir.
Qeyd edək ki, Varşava təmsilçisinin azrkeşləri Polşa çempionatının 18-ci turunda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. Millimizin hücumçusu bu hadisədən sonra klubu ilə oyuna və məşqlərə çıxmır.