"Zirə"nin sabiq qapıçısı Mateus Albinonun yeni klubu bəlli olub.
"Football-plus.az" saytının məlumatına görə, o, Braziliya təmsilçisi "Londrina" ilə anlaşıb.
B Seriyasında mübarizə aparan komanda tezliklə 26 yaşlı qolkiperin transferini açıqlayacaq.
Qeyd edək ki, Mateus Albino 2020/2021 mövsümündə "Zirə"də çıxış edib. Braziliyalı oyunçu paytaxt klubuna məhz "Londrina"dan keçib.