Region Liqasının Paytaxt və Şimal regionunda çıxış edən və turnirin favoritlərindən biri kimi göstərilən Quba “Şahdağ”ı çempionatın gedişində adını və təmsil etdiyi şəhəri dəyişmək qərarına gəlib.
Klubun yaydığı bəyanatdan belə məlum olur ki, komanda bundan sonra Region Liqasında “Uğur” adı altında oynamaq niyyətindədi və Sumqayıtı təmsil edəcək.
Xatırladaq ki, “Uğur” liqanın ikiqat qalibidi. Mövsümün əvvəlində maliyyə çətinliyi səbəbindən sumqayıtlılar 2021/22 mövsümünə qatılmaqdan imtina etmişdilər. Bundan yararlanan “Şahdağ”ın prezidenti Xanbaba Daşdı sumqayıtlıların baş məşqçisi Qəzənfər Abbasovu “Şahdağ”a dəvət etmiş, o isə öz növbəsində “Uğur”da rəhbərliyi altında oynayan futbolçuları Quba komandasına aparmışdı.
Həvəskar liqa olsa belə, görəsən, çempionatın gedişində belə dəyişiklik nə dərəcədə qaydalara uyğundu? Bu suala cavab tapmaq üçün Region Liqası üzrə İşçi Qrupun üzvü, turnirin təşkilinə cavabdehlik daşıyan AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevlə əlaqə saxladıq: