“Slovakiyanı çıxmaq şərti ilə Belarus, Qazaxıstan və ya Moldova Azərbaycanla eyni səviyyədədi".
Bu sözləri "Futbol+" qəzetinə açıqlamasında millimizin kapitanı Maksim Medvedev deyib. "Qarabağ"ın futbolçusu yığmanın Millətlər Liqasındakı rəqiblərini dəyərləndirib:
"Təbii ki, hər komandanın özünəməxsus üstünlükləri var. Sadəcə, Slovakiya bizə baxanda daha təcrübəli futbolçulara malikdi. Qrupun ən yaxşı komandası kimi onların adını çəkə bilərəm. Qalan 3 rəqibin hamısı ilə oynamışıq. Düzdü, Qazaxıstanla çoxdan qarşılaşmırıq. Hamının indiki durumu bəllidi. Bütün komandaları təhlil etmək lazımdı. Əsas özümüz necə oynayacağımız haqda düşünməliyik. Bütün görüşlərə var gücümüzlə hazırlaşacağıq. İnanıram ki, əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, milli komanda səviyyəsində də uğur qazana bilək”.
İLKİN SULTANLI