Millətlər Liqasında 2022/23 mövsümünün püşkü atılıb.

İsveçrənin Nyon şəhərində COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda keçirilən tədbirdə yığmamızın da rəqibləri müəyyənləşib. C Liqasında yer alan Canni de Byazinin komandası Slovakiya, Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə 3-cü qrupda mübarizə aparacaq.

C Liqası
3-cü qrup
Slovakiya
Belarus
Azərbaycan
Qazaxıstan - Moldova cütünün qalibi

Rəqiblərlə tanış olduz. Yetərincə normal qrup saya bilərik. Yadınıza gəlirsə, AFFA De Byazi ilə 10 aylıq müqavilə bağlayarkən komandanın Millətlər Liqasındakı çıxışının əsas götürüləcəyi açıqlanmışdı. Qrupa nəzər yetirsək, burda istənilən pillədə qərarlaşa bilərik. Təəssüf ki, futbolçular öz klublarında normal oyun nümayiş etdirsələr də, millidə özlərini yaxşı tərəfdən göstərə bilmirlər. Bu sindromu qırmaqda italiyalı mütəxəssisə 3 amil kömək edə bilər:

1. Komandanı tam qələbəyə kökləmək
Təbii ki, bu, birbaşa De Byazinin işidi. İtaliyalı mütəxəssis yeni ildən qolunu çırmalamalıdı. Çünki yığmamız həm Millətlər Liqasında, həm də DÇ-2022-nin seçmə mərhələsində uğursuz olub. Komandanı tam motivasiya etmək lazımdı. Bunun üçün qarşıdakı 6 ay ərzində yığma rəqiblərin gücünə uyğun komandalarla yoldaşlıq oyunları keçirməli, turnir başlayana kimi yekun heyət formalaşdırılmalıdı. Bunun sayəsində komandadakı ab-havanı dəyişmək mümkündü.

2. Uyğun təqvim
Təbii ki, Millətlər Liqasına qələbə ilə başlamaq növbəti görüşlərin taleyini də dəyişə bilər. Bu baxımdan hansısa problem yaşamırıq. İlk görüş üçün iki fərqli saat müəyyənləşdirilib. Qazaxıstan Moldovaya qalib gəlsə, səfər qarşılaşması iyunun 3-də, Bakı vaxtı ilə saat 18.00-da, əks halda, saat 22.45-də start götürəcək. Belarusdakı və Slovakiyadakı görüşlər də 22.45-də başlayacaq. Millinin hər 3 ev oyununun start fiti isə saat 20.00-da çalınacaq:

3 iyun
22.45. Slovakiya - Belarus
18.00/22.45. Qazaxıstan/Moldova cütünün qalibi – Azərbaycan

6 iyun
22.45. Slovakiya - Qazaxıstan/Moldova
22.45. Belarus – Azərbaycan

10 iyun
20.00. Azərbaycan – Slovakiya
22.45. Belarus - Qazaxıstan/Moldova

13 iyun
18.00/22.45. Qazaxıstan/Moldova - Slovakiya
20.00. Azərbaycan – Belarus

22 sentyabr
18.00/22.45. Qazaxıstan/Moldova - Belarus
22.45. Slovakiya – Azərbaycan

25 sentyabr
20.00. Azərbaycan – Qazaxıstan/Moldova cütünün qalibi
20.00. Belarus - Slovakiya

Göründüyü kimi, yığmamız təqvimlə bağlı problem yaşamır. İlk oyunda ya Qazaxıstan, ya da Moldova ilə qarşılaşacağıq. Hazırkı yığma bu rəqibləri məğlub edəcək gücdədi. Belarus da “dişimizə görə” rəqibdi. Düzdü, ardıcıl 2 görüşü doğma meydanda keçirməyəcəyik. Amma bu komandaları səfərdə məğlub etmək mümkünsüz deyil. İstənilən halda, bu görüşlərdə 4 xal qazanmaq şansımızı artıracaq. Slovakiya ilə doğma meydanda ən pis halda heç-heçə etməliyik. Əks təqdirdə, vəziyyətimiz çox da yaxşı olmayacaq. Belarusu doğma meydanda udsaq, işlərimiz yağ kimi gedəcək. İyundakı görüşləri 8 xalla başa vursaq, hər şey qaydasında olacaq. Sentyabra kimi səfərdə Slovakiya ilə heç-heçə etmək, doğma meydanda isə Qazaxıstan və ya Moldovaya qalib gəlmək haqda düşünməliyik. Marek Hamşikin kapitanı olduğu yığma yuxarıdakı rəqiblərin biri ilə görüşdə büdrəsə, hər şey De Byazinin kefinə görə olacaq. Qeyd etdiklərimiz bəlkə də imkansızdı, amma italiyalı mütəxəssis mütləq şəkildə bu nəticələri əldə etməlidi.

3. Rəqiblərin doğru təhlil edilməsi
Hər kəsə bəllidi ki, qrupun favoriti Slovakiya millisidi. Lakin bu rəqiblə bacarmaq olar. Təbii ki, De Byazinin tətbiq etdiyi müdafiəyəmeyilli taktika ilə yox. Yığmanın çalışdırıcısı komandanın oynaya bildiyi yeni sxem tərtib etməlidi. Slovakiya hücum futboluna üstünlük verir. Onlarla oyunlarda normal müdafiə olunub, əks-hücumlara bel bağlamalıyıq. Bu komanda ilə indiyə kimi ancaq rəsmi matçlarda qarşılaşmışıq. 8 görüşün 1-də qələbə qazanıb, qalan 7 oyunda məğlub olmuşuq.

29.03.1995. Koşitse. AÇSO. Slovakiya – Azərbaycan 4:1
16.08.1995. Trabzon. AÇSO. Azərbaycan – Slovakiya 0:1
05.09.1998. Koşitse. AÇSO. Slovakiya – Azərbaycan 3:0
09.10.1999. Bakı. AÇSO. Azərbaycan – Slovakiya 0:1
28.03.2001. Trnava. DÇSO. Slovakiya – Azərbaycan 3:1
06.06.2001. Bakı. DÇSO. Azərbaycan – Slovakiya 2:0
11.06.2019. Bakı. AÇSO. Azərbaycan – Slovakiya 1:5
19.11.2019. Trnava. AÇSO. Slovakiya – Azərbaycan 2:0


İkinci rəqib Belarusdu. Fikrimizcə, milli bu komanda ilə matçlarda problem yaşamayacaq. Ola bilər, heç belaruslular öz oyunlarını doğma meydanda keçirməsinlər. UEFA ölkədəki siyasi gərginliyi nəzərə alıb, komandanı didərgin sala bilər. Bu da yığmamız üçün xüsusi üstünlükdü. Ümumiyyətlə, bu rəqiblə rəsmi görüşlərdə üz-üzə gəlməmişik. Ancaq yoxlama və yoldaşlıq oyunlarında qüvvəmizi sınamışıq. 4 görüşün 2-də qələbə qazanıb, 1-də heç-heçə edib, 1 oyunda məğlun olmuşuq.

27.05.1996. Molodeçno. YO. Belarus – Azərbaycan 2:2
26.02.2001. Albena. YO. Belarus – Azərbaycan 0:1
23.03.2018. Bakı. YO. Azərbaycan – Belarus 0:1
02.06.2021. Minsk. YO. Belarus – Azərbaycan 1:2


Komandamızın üçüncü rəqibi ya Moldova, ya da Qazaxıstan olacaq. Bizə moldovalılar sərf edir. Çünki bu rəqiblə yeni qarşılaşmışıq. Özü də həmin oyunda De Byazi yığmamızın baş məşqçisi olub. Uduzsaq da, həqiqətən də üstün oynamışdıq. Bir sözlə, De Byazi bacarığını işə salıb, moldovalıları da məğlub edə bilər. Rəqib hazırda yaxşı günlərini yaşamır. Bizimlə qarşılaşacaqları təqdirdə, asanlıqla məğlub edə bilərik. Təbii ki, son yoldaşlıq görüşündəki səhvləri təkrarlamasaq. Həmin matçda hücumda yaxşı oynasaq da, fərqlənə bilmədik. Düzdü, yoldaşlıq oyunu ilə rəsmi matçlar arasında fərq olsa da, hər ehtimala qarşı Moldovanın tam təhlil etmək lazımdı. Bu komanda ilə indiyə kimi 11 dəfə üz-üzə gəlmişik. Bu qarşılaşmaların 2-də qələbə qazanmışıq, 5 görüşdə heç-heçə etmişik, 4 oyunda uduzmuşuq.

02.09.1994. Kişinyov. YO. Moldova – Azərbaycan 2:1
22.03.1998. Bakı. YO. Azərbaycan – Moldova 1:0
24.03.2001. Bakı. DÇSO. Azərbaycan – Moldova 0:0
01.09.2001. Kişinyov. DÇSO. Moldova – Azərbaycan 2:0
31.03.2004. Kişinyov. YO. Moldova – Azərbaycan 2:1
09.02.2005. Bakı. YO. Azərbaycan – Moldova 0:0
18.05.2006. Kişinyov. YO. Moldova – Azərbaycan 0:0
26.05.2010. Avstriya. YO. Moldova – Azərbaycan 1:1
17.11.2015. Bakı. YO. Azərbaycan – Moldova 2:1
30.01.2018. Antalya. YO. Azərbaycan – Moldova 0:0
06.06.2021. Kişinyov. YO. Moldova – Azərbaycan 1:0


Təbii ki, Qazaxıstan da rəqibimiz ola bilər. Xəzər dənizinin sahillərində yerləşən ölkə bizim üçün arzu olunmaz rəqibdi. Onların futbolu hazırda yüksəlişdədi. Lakin bu komandanı məğlub etmək mümkünsüz deyil. Son nəticələrə əsasən bu komandaya qarşı ehtiyatlı olmaq lazımdı. Amma qazaxları gözümüzdə böyütməyə də dəyməz. İstənilən halda, futbolçuların və klubların keyfiyyətinə görə Azərbaycan onlardan güclüdü. “Qarabağ”ın “Kayrat”ı hər iki görüşdə məğlub etməsi bunun əyani sübutudu. Qazaxlarla indiyə kimi 10 görüşdə üz-üzə gəlmişik. Bunların 2-də qələbə qazanıb, 4-də heç-heçə edib, 4-də məğlub olmuşuq.

08.06.1993. Tehran. BT. Azərbaycan – Qazaxıstan (U-21) 3:3
28.04.2004. Almatı. YO. Qazaxıstan – Azərbaycan 2:3
06.09.2006. Bakı. AÇSO. Azərbaycan – Qazaxıstan 1:1
09.03.2007. Çimkənd. BT. Qazaxıstan – Azərbaycan 1:0
06.06.2007. Almatı. AÇSO. Qazaxıstan – Azərbaycan 1:1
03.02.2008. Antalya. YO. Azərbaycan – Qazaxıstan 0:0
03.06.2011. Astana. AÇSO. Qazaxıstan – Azərbaycan 2:1
06.09.2011. Bakı. AÇSO. Azərbaycan – Qazaxıstan 3:2
26.03.2016. Antalya. YO. Azərbaycan – Qazaxıstan 0:1
05.06.2018. Astana. YO. Qazaxıstan – Azərbaycan 3:0


Bir sözlə, Canni de Byazinin komandası qrupda ən az 11 xal toplamalıdı. Belə olan halda qrupu 2-ci bitirsək də, italiyalı məşqçi üçün qənaətbəxş nəticə sayılacaq. Amma istənilən halda AFFA De Byazidən liderlik tələb etməlidi.

İLKİN SULTANLI


Son xəbərlər

Braziliya Xorvatiyanın rəqibi oldu - YENİLƏNİB

"Sabah"ın futbolçusu karyerasını Türkiyədə davam etdirəcək? - Meneceri açıqladı

Alisson üçün ilk

Xorvatiyanın qeyri-adi seriyası davam edir

"O, sualı verdiyim anda üzümə zərbə endirdi" - Sebalyosla Kamran arasında niyə dava düşüb?

Azərbaycan çempionatının qarışıq komanda yarışlarına yekun vuruldu

Xorvatiya 1/4 finala belə yüksəldi - VİDEO

"Ştutqart"da yeni baş məşqçi

"Neftçi-2"dən minimalhesablı qələbə - VİDEO

DÇ-2022-də ilk

Perişiç 2-ci pilləyə yüksəldi

Lökbatanda 3 qol - VİDEO

FİFA Serbiyaya qarşı iş açıb

"Qarabağ"la oyunda son illərin ən zəif və aciz "Neftçi"sini izlədik"

"Araz Naxçıvan"dan səfər qələbəsi - VİDEO

İspaniya millisində ayrılıq

"Advokat" beynəlxalq turnirdə iştirak edəcək

Portuqaliyalılar Ronaldonu istəmirlər

Mahmud Qurbanovdan odlu-alovlu açıqlamalar: "Bizim komandanı "sındırırlar"

"Zaqatala" son dəqiqə qolu ilə büdrədi - VİDEO

Yuri Tielemans İspaniya nəhənginin hədəfində

"Azərreyl" oyunları ölkə xaricində keçirəcək

"Qaradağ Lökbatan" və "Araz Naxçıvan"dan qələbə

"Real"ın sabiq yarımmüdafiəçisi ilə Azərbaycan klubu maraqlanır

İspaniya mətbuatı Ronaldonun yeni klubun adını açıqladı

Lebron Ceymsdən Devisə tərif

Voleybolçumuz Macarıstanda ən yaxşı seçildi

Qapko Avropa nəhənglərinin hədəfində

Azərbaycan derbisinə fərqli baxış

İdman hüquqşünası: "Qarabağ"ın azarkeşlərinin məsuliyyətə cəlb olunması əsassızdı"

"Kimsə Ronaldonun yanında öskürdü deyə penalti təyin etdilər"

FIFA DÇ-2026 üçün variant düşünür

Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirildi

"Sumqayıt"ın 197 günlük həsrəti başa çatdı

"Neftçi" ilə oyun Zubir üçün əlamətdar olub

Ayaz Quliyevlə bağlı "Neftçi"ni sevindirəcək XƏBƏR

"Mbappe ilə oynamaq ləzzətlidi" - Jiru

Rapid yarışının qalibləri məlum oldu

Rahid Əmirquliyev adını "Səbail"in tarixinə yazdırdı

3 matça təcili tibbi yardım gecikdi, klublar cəzalandı

Ölkə kubokunun sahibləri müəyyənləşib

"Neftçi" - "Qarabağ" matçı bu göstəriciyə görə mövsümdə ikinci oldu

Bütün xəbərlər