
Premyer-liqa / Günün xəbəri
1 447
18.12.2021, 19:40
Millimizin üzvü "Neftçi"yə keçir? - AÇIQLAMA
Premyer-liqada qış fasiləsi start götürdü.
Sosial şəbəkələrdə "Neftçi"nin "Sumqayıt"ın müdafiəçisi Höccət Haqverdini transfer edəcəyi ilə bağlı xəbər yayılıb.
İnformasiyanı dəqiqləşdirmək üçün "ağ-qaralar"ın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq:
"Bununla bağlı hansısa məlumatım yoxdu. Eşitməmişəm. Sadəcə, bir neçə media mənsubu sual verib. Lakin Höccət Haqverdi göndəmimizdə deyil. Bizdən kimsə maraqlana bilər, amma bu haqda məlumatlı deyiləm. Rəsmi olaraq eşitməmişəm ki, kimsə Höccət Haqverdi ilə danışıqlar aparır".