Futzal üzrə Ukrayna milli komandasının baş məşqçisi Aleksandr Kosenko Azərbaycana qarşı keçiriləcək yoxlama görüşü barədə danışıb.
"Azərbaycan çoxdandı ki, Avropada güclü komandalar arasında möhkəmlənib. Təbii ki, burada milliləşmiş futzalçıların da böyük rolu var. Uzun müddətdi ki, Azərbaycanla qüvvəmizi sınamırıq. Azərbaycan millisinin heyətində yerli futzal məktəbinin yetirmələrilə yanaşı, İran və Braziliyadan olan oyunçular da var. Komandaya braziliyalı məşqçi rəhbərlik edir. Əminəm ki, bizi AÇ-2022-nin final mərhələsi öncəsi çox vacib olan maraqlı və gərgin matçlar gözləyir".