Konfrans Liqasında qrup mərhələsinin ən yaxşı qolu bəlli olub.
Turnirin rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. Mərhələnin ən yaxşısı "Qarabağ"ın futbolçusu Kadi Borgesin 2-ci turda Kiprdə "Omoniya" ilə matçdakı dəqiq zərbəsi olub.
Həmin qarşılaşmada dubl edən 25 yaşlı braziliyalı yarımmüdafiəçi 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atmışdı.