2024-cü ildən Millətlər Liqasında Cənubi Amerikanın 10 yığması iştirak edəcək.
Bu haqda UEFA-nın vitse-prezidenti Zbiqnev Bonek ESPN-ə açıqlama verib:
"Braziliya, Argentina, Kolumbiya, Uruqvay, Çili və Peru A Liqasında, Boliviya, Paraqvay, Venesuela və Ekvador isə B Liqasında mübarizə aparacaq. Conmebol ilə razılıq əldə etmişik. Adlarını sadaladığımız komandalar Millətlər Liqasında iştirak edəcək. Bu, turnirin dinamikliyini artıracaq. Oyunların vaxtları üzərində çalışırıq. İstəyirik ki, sıxlıq yaranmasın".
Qeyd edək ki, bütün qarşılaşmaların Avropada keçirilməsi planlaşdırılır.