“Edmonton”un forvardı Leon Drayzaytl “Vaşinqton”un hücumçusu Aleksandr Oveçkinin cari mövsümdəki çıxışını dəyərləndirib:
“Onun cari mövsümdəki hərəkətləri məni çox heyran edir. Ovinin neçə yaşı var: 36? Bu yaşda hələ dispetçerə də çevrilib? Düzünü desəm, bu məqam məni qorxudur. Aleksandr daha nələrə qadirdi?! O, get-gedə daha yaxşı oynayır, bir çox başqaları kimi, mən də məmnunluqla oyununu izləyirəm. Oveçkin hokkeyin ən yaxşı reklamıdı”.
Xatırladaq ki, cari mövsümdə keçirdiyi 28 oyunda 44 (20+24) xal toplayan rusiyalı ulduz bombardirlər yarışında Drayzaytl ilə Konnor Makdeviddən 1 xal geri qalır.