Berni Ekklstoun artıq 92 yaşın içində olsa da, hələ də gənclərə xal həvəslə avtoidman yarışlarını izləyir.

“Formula-1”in sabiq rəhbəri srağagün verdiyi müsahibədə Əbu-Dabidə keçirilən son mərhələ haqda danışıb, yürüş direktoru Maykl Masinin qərarını şərh edib, eləcə də Maks Ferstappenin çempionluğuna və “Mersedes”in apellyasiyasına toxunub.

- Əbu-Dabi mərhələsinin dramatik finalı haqda nə düşünürsüz?
- Finişdən sonra yaşananlar “Formula-1”in zəif yerlərini gün işığına çıxaran fəlakətdi. Hansısa yarışın bəzi adamların maraqlarını qorumaq meydançasına çevrilməsi idmanın imicinə zərbədi. Toto Volff kimi komanda rəhbərlərinin yarış zamanı təşkilatçıların qərarlarına təsir göstərməyə çalışdığını bütün dünyanın eşitməsi, sadəcə, gülməlidi. Eyni zamanda biz “Red Bull”un belə təsir cəhdlərindən müdafiə olunmağa məcbur olduğunu görürük. Nəticədə Maks Ferstappenlə Lüis Hemiltonun bizə hədiyyə etdiyi gözəl mübarizə arxa plana keçdi. Heyf...

- Ferstappenin çempionluğu ədalətlidi?
- Yüzdəyüz. O, gənc yaşda Hemiltona – bütün dövrlərin ən yaxşı və uğurlu pilotlarından birinə qalib gəldi. Özü də təkcə trassda yox! Hemitonun komandası medianı da cəlb etməklə Maksı özündən çıxarmaq üçün bütün vasitələrə əl atdı. Hətta psixoloji təzyiqdən də danışmaq olar.

- Nəyi nəzərdə tutursuz?
- “Mersedes” medianın böyük hissəsinə nəzarət edir və bu aşkar görünür. Ancaq Maks rəqibin onu tarazlıqdan çıxarmasına imkan vermədi və sadəcə, öz işini gördü. Fikrimcə, Maksın bütün sözləri səmimi idi, siyasi oyunların diqtəsi altında deyilməmişdi. Üstəlik “Mersedes” maşınları bütün mövsüm boyunca daha sürətli idi, bu üzdən Mühəndislər kubokunu qazandılar. Ancaq bu məqam Maksın titulunun dəyərini daha da artırır, çünki nəticə qazanmaq üçün təkcə maşının yox, pilotun da vacib olduğunu göstərir. Və ən önəmlisi: Maks trassda təmiz qələbə qazandı. Nə o, nə də Lüis yürüşün direktorluğunun qərarlarına heç cür təsir edə bilməzdi. Pilotlardan heç biri qaydanı pozmadı, məhz buna görə Maksı cəzalandırmaq olmaz.

- Masi son dövrədə restart qərarı verməklə düzgün addım atdı?
- Maykl cari mövsümdə tez-tez öz üzərinə düşməyən işləri görməklə onsuz da böyük təzyiq altında çalışıb. Ancaq o, Lüislə Maksa son dövrədə bir-biri ilə yarışmaq imkanı yaratmaqla düzgün qərar verdi. Belə mövsümü təhlükəsizlik maşının arxasında finişlə bitirmək ədalətsizlik olardı. Onda Hemilton çempion olacaq və azarkeşlər deyəcəkdi ki, “bu axmaq stüardlar nə etdi...” Yox, bu epizodda Masi düzgün hərəkət etdi.

- Hələ də “Formula-1”ə rəhbərlik etsəydiz, Əbu-Dabidə finişdən sonra yaranan vəziyyəti çözmək üçün hansı addımı atardız?
- Heç vaxt iş gəlib bu yerə çatmazdı. Məsələn, mən heç vaxt komanda rəhbərlərinin yürüşün direktorluğu ilə danışıqlarını efirə düşməsinə imkan verməzdim. Ümumiyyətlə, yarış vaxtı belə danışıqları qadağan edərdim. Yürüşün direktoruna təzyiq göstərmək olmaz, xüsusən də ictimailəşmiş formada. Gələn il bütün bunlar təkrarlanmamalıdı. Mənim vaxtımda da mübahisələr olurdu. Ancaq mən hər iki centlmeni ofisimə çağırardım ki, orda hər şeyi müzakirə edək və məsələni aydınlaşdıraq. Onlara idmanın hər birindən daha vacib olduğunu xatırladardım. Toto Volffa açıq-aydın izah edərdim ki, Maks titulu təmiz və trassdakı mübarizədə qazanıb. Məhz bu üzdən nəticə dəyişməz qalmalıdı.

- Deməli, “Merdeses”in apellyasiya vermək planını təqdir etmirsiz?
- Xeyr. “Mersedes”in bossu olsaydım, Totoya göstəriş verərdim ki, apellyasiya ərizəsi yazmasın. “Mersedes” dünyanın qeyri-adi ənənələrə malik, qədim avtomobil markasıdı. Yəqin onların maşını dünyada ən yaxşıdı və adamlar da bunu bilir. Ancaq etiraz və ya apellyasiya ərizəsinə görə “Mersedes”in imici ziyan çəkəcək. “Mersedes” uduzub, ancaq imicinə daha ciddi zərbə vura bilər. Anlamaq lazımdı ki, FIA-in bu il qəbul etdiyi qərarlar əsasən “Mersedes”in əlinə işləyib. Maks və “Red Bull” titulu təmiz mübarizədə qazanıb, “Mersedes” bununla barışmalıdı.

- Xanımınız Fabiana FIA prezidenti postuna namizədliyini verən Məhəmməd bin Sulayemin komandasına daxildi. Bu o anlama gəlir ki, Məhəmmədin qələbəsi təqdirində siz yenə “Formula-1”ə təsir edə biləcəksiz?
- Həqiqətən həyat yoldaşım onun komandasına daxildi. Əlbəttə, yaxşı ər kimi Fabiananın və dostlarının tərəfindəyəm, yardım edirəm, məsləhət verirəm. Baxarıq...

Son xəbərlər

Almaniya qrupda qaldı - YENİLƏNİB

Noyer rekorda imza atdı

21-ci əsrdə ilk dəfə

Aslan Kərimov: "Neftçi"nin qələbə potensialı "Sabah"dan daha aşağı görünür"

Mərakeş pley-offda - VİDEO

Xorvatiya 1/8 finala belə yüksəldi - VİDEO

"Neftçi" məlumat yaydı

Ceyhun Sultanov: "Bu matç "Neftçi" üçün daha vacibdi"

"Araz Naxçıvan"dan növbəti qələbə - VİDEO

MOİK-dən çətin qələbə - VİDEO

Qəbələdə qollu bərabərlik - VİDEO

Kurtua 100-ə çatdı

Fernandeş dünya nəhənginin hədəfində

Yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışına start verilib

"Bakcell Arena"da liderlərin savaşı, Samir Abasovun Gəncə planı - AFİŞA

Fransa klubu “Qalatasaray”ın futbolçusunu istəyir

Derbi ərəfəsində son durum: “Neftçi”də 1, “Qarabağ”da 4

“Qalatasaray”ın istədiyi futbolçu İtaliya nəhənglərinin hədəfində

Flik istefa verəcək? - Özü açıqladı

“Benfika”dan futbolçusu üçün fantastik tələbi

Ronaldo karyerasını Ərəbistanda davam etdirəcək?

Argentinalı futbolçudan ötürmə rekordu

"Neftçi" bu futbolçunun keçidi üçün 300 min avro ödəməyə hazırdı - İDDİA

"Araz Naxçıvan" və MOİK-dən qələbə - YENİLƏNİB

Fransız futbolçu gələcəyi haqda heç nə bilmir

Salihamiciç şayiələrə reaksiya verdi

Qatil haqq etdiyi cəzanı almalıdı! - KÖŞƏ

Portuqaliya yığmasında itki

"Qarabağ"da seminar

Ronaldo “Real”a qayıdır?

Braziliya Kamerunla oyuna hansı heyətlə çıxacaq?

Milli komandanın yeni rekordçusu oldu

Dünən, amma 56 il əvvəl...

''Fənərbaxça'' qalib gəlsə də, bir oyunçusunu itirdi

1-ci divizionda 13-cü turun oyun cədvəli bəllidi

"Şamaxı" Qazaxıstan klubu ilə qarşılaşacaq

Polşa 36 illik fasilədən sonra

“Qarabağ”dan xal almaq çətin olsa da, öhdəsindən gələ bildik” - “Zirə”nin müdafiəçisi

Şçensnı mərci uduzsa da, Messiyə pul verməyib

''Qalatasaray'' ''Santyaqo Bernabeu kuboku''na dəvət alacaq

“Zirə”nin yeni transferi niyə məyusdu? – AÇIQLAMA

İngiltərə millisinin sabiq üzvündən etiraz: “VAR belə şeylər üçün tətbiq olunmur”

Dünya çempionatının tarixinə düşəcək

Matçdan dərhal sonra xəstəxanaya aparıldı

Daha bir Azərbaycan klubu fəaliyyətini dayandırır

Bütün xəbərlər