“Sabah” tarixində ilk dəfə səfərdəki premyer-liqa oyununda böyükhesablı qələbə qazanıb.
"Football-plus.az" saytının məlumatına görə, bu, mövsümün ilk yarısının son turuna təsadüf edib. Bakı klubu rəqib meydanında “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib.
2018-ci ildə premyer-liqada debüt edən paytaxt klubu bunadək yalnız evdə böyük hesabla qələbə qazanmışdı. “Sabah” 46-cı səfər matçında ilk belə uğura imza atıb.
Qeyd edək ki, bu, bakılıların premyer-liqada ümumilikdə 4-cü, mövsümdə 2-ci belə qələbəsidi.