"Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimov Vətən müharibəsi dövründə ermənilərlə bağlı statusa görə futboldan ömürlük kənarlaşdırılmışdı.
UEFA-dan CAS-a şikayət edən Ağdam təmsilçisinin keçmiş rəsmisinin oktyabrda dindirilməsi olmuşdu. Həmin prosesdən sonra qərarın noyabrın 25-i açıqlanacağı deyilsə də, sonradan vaxt dekabrın 22-nə təxirə salındı. Amma görünən odu ki, Nurlan İbrahimovla bağlı məsələ bu il həllini tapmayacaq. Onun vəkilini rəsmi feysbuk hesabında qərarın verilmə tarixinin 27 yanvar 2022-ci ilə uzadıldığını açıqlayıb.
Məsələ ilə bağlı fikirlərini daha dəqiq bildirməsi üçün Fərid Haqverdiyevə müraciət etdik. Nurlan İbrahimovun vəkili prosesin uzadılmasını belə izah etdi: