Bu gün Millətlər Liqasında 2022/2023 mövsümünün püşkatma mərasimi keçirilib.
İsveçrənin Montrö şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri bəlli olub. C Liqasında yer alan yığmamız püşkatmaya 3-cü səbətdən qatılıb.
Seçməmizin rəqiblərini təqdim edirik:
Qrup C3
Slovakiya
Belarus
Azərbaycan
Qazaxıstan/Moldova
Qeyd edək ki, Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.