Ötən ay Cüdo Federasiyasının vitse-prezidenti postundan uzaqlaşdırılan Sadıq Sadıqovun yenidən futbola üz tutacağı gözlənilir.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Rövnəq Abdullayevin yaxın qohumu qış fasiləsində “Səbail”in rəhbərliyinə gətiriləcək. Qeyd edək ki, Sadıq bəy futbola heç də yad sima deyil. 2009-15-ci illərdə "Neftçi"nin prezidenti vəzifəsini icra edib. Onun rəhbərliyi altında "ağ-qaralar" 3 dəfə premyer-liqanın çempionu olub və 2 dəfə ölkə kubokunu qazanıb. 2012-də isə "Neftçi" ölkə futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib.
Mənbəmizin sözlərinə inansaq, qış fasiləsində “dənizçilər”in baş məşqçisi postunda da dəyişiklik baş verəcək. Yeni prezident Aftandil Hacıyevin əvəzinə uzun illər birgə çalışdığı Tərlan Əhmədovu “sükan arxasına” gətirəcək.