Bu gün Azərbaycan premyer-liqasının 14-cü turuna yekun vurulacaq.
İkinci oyun günündə daha iki qarşılaşma keçiriləcək. Görüşlər “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq.
İlk matçda "Səbail" "Sabah"ı qəbul edib. Derbidə "tələbələr" qalib gəlib. Murad Musayevin komandası 3:0 hesablı qələbə qazanıb.
Azərbaycan premyer-liqası
2-ci dövrə, 14-cü tur
16 dekabr
56. Səbail - Sabah 0:3
Qollar: C.L.Mikels, 33 (0:1), C. Nuriyev, 46 (0:2), X. Kamara, 90+4 (0:3)
“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 5:+3=1-1. 6:4.
2018/19 - 0:0, 1:0; 2019/20 - 1:3; 2020/21 - 2:1, 2:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. ASCO Arena. Saat 16.30
55. Qarabağ - Zirə 2:0
Qollar: M. Qurbanlı, 7 (1:0, T. Bayramov). M. Qurbanlı, 53 (2:0)
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 11:+7=4-0. 20:7.
2015/16 - 4:1, 2:0; 2016/17 - 2:0, 2:0; 2017/18 - 0:0, 2:0; 2018/19 - 3:2, 0:0; 2019/20 - 1:1; 2020/21 - 3:2, 1:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Cəmil Quliyev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. Azərsun Arena. Saat 19.00
“Qış çempionluğu”nu təmin edən “Qarabağ” premyer-liqanın ikinci dövrəsinin son oyununda “Zirə”ni qəbul edəcək. Ağdam təmsilçisi əsas rəqiblərinin xal itirməsini nəzərə alıb, onlardan daha da uzaqlaşmaq üçün mütləq qələbə qazanmaq haqda düşünəcək. “Zirə” də eyni fikirdə olacaq. Qəsəbə təmsilçisi bu görüşdə qalib gələcəyi təqdirdə xallarının sayını 25-ə çatdırıb, 3-cü pillədə qərarlaşacaq. Lakin həm güc, həm də komanda oyunu baxımından Ağdam təmsilçisi hazırda “qartallar”dan üstündü. Qurban Qurbanovun komandası görüşün aşkar favoritidi.
Ümumiyyətlə, komandalar Azərbaycan çempionatlarında 24 dəfə münasibətləri aydınlaşdırıb. “Zirə” hələ ki “Qarabağ”a qalib gələ bilməyib. Ağdam təmsilçisi isə 16 görüşdə hesabına 3 xal yazıb. 8 qarşılaşma heç-heçə nəticələnib. Topların nisbətində də “köhlən atlar” öndədi - 50:12. Komandaların oyunlarında ən çox fərqlənən futbolçu Dani Kintanadı. “Qarabağ”ın sabiq ispaniyalısı “Zirə”ni 7 dəfə məyus edib.
1. Qarabağ 13 9 3 1 28-8 30
2. Qəbələ 14 7 5 2 23-14 26
3. Neftçi 14 6 4 4 21-19 22
4. Zirə 13 6 4 3 22-14 22
5. Keşlə 14 4 2 8 17-24 14
6. Sabah 13 4 2 7 17-23 14
7. Sumqayıt 14 3 3 8 9-20 12
8. Səbail 13 3 1 9 11-26 10
Bombardirlər: Davit Volkov (Zirə) — 10, Filip Ozobiç (Qarabağ) — 7, Abdulla Zubir (Qarabağ) — 6, Coy-Lens Mikels (Sabah), Ülvi İsgəndərov (Qəbələ) - 5.
İLKİN SULTANLI