
Laporta Holannın izinə düşüb, amma...
“Barselona”nın prezidenti Xuan Laporta və klubun direktoru Mateu Alemani futbol agenti Mino Rayola ilə görüşüblər.
“Mundo Deportivo” qəzetinin yaydığı xəbərə görə, görüş zamanı Dortmund “Borussiya”sının hücumçusu Erlinq Holannın mümkün transferi müzakirə olunub. Laporta norveçli futbolçunun agenti Rayoladan müştərisinin satış məbləğinin azaldılmasını istəyib və futbolçunun Xavi Ernandesin rəhbərliyi altında komandanın önəmli fiquruna çevriləcəyini bildirib. Amma “Barselona”nın PSJ kimi böyük maliyyə imkanına malik olan rəqibi də var. Laporta Fransa klubunun Erlinqə görə daha sərfəli təkliflə çıxış edə biləcyindən ehtiyatlanır.
“Mundo Deportivo” tərəflərin Holannla yanaşı, “Ayaks”ın müdafiəçisi Nusser Mazrauinin transferi ilə bağlı danışıq apardıqlarını da xəbər verib.