Uruqvay yığmasının yeni baş məşqçisinin kimliyi açıqlanıb.
Milli komandanı bundan sonar Dieqo Alonso çalışdıracaq. Bu barədə Uruqvay Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Alonso ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Uruqvaylı mütəxəssisin sonuncu iş yeri “İnter Mayami” olub. ABŞ klubunu son iki ildə çalışdıran 46 yaşlı məşqçi daha əvvəl “Belya Vista”, “Quarani”, “Penyarol”, “Olimpiya”, “Paçuka” və “Monterrey” klublarına başçılıq edib. Alonso uğursuz nəticələrə görə Uruqvay yığmasından istefaya göndərilən Oskar Tabaresə xələf olub.