İspaniya la liqasının prezidenti Xavyer Tebas müasir futbolun ən önəmli ulduzlarından olan Kilian Mbappe ilə Erlinq Holannın bu turnirə mümkün gəlişi barədə fikirlərini bölüşüb.
Hər iki oyunçu ilə də ''Real'' ciddi şəkildə maraqlanır. Xatırladaq ki, Mbappenin PSJ ilə müqaviləsi gələn yay başa çatır və o, qarşıdakı qış transfer dönəmindən etibarən istənilən klubla danışıqlar aparmaq hüququna malikdi. Holannın isə Dortmund ''Borussiya''sı ilə 2024-cü ilə qədər sözləşməsi olsa da, 2022-nin yayından sonra müqavilədəki 75 milyon avroluq təzminat maddəsi aktiv olacaq. Tebası dinləyək: