
Dünya futbolu
171
16.12.2021, 13:48
Messi daha iki nominasiyanın qalibi oldu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (BFTSF) Cənubi Amerika zonasında 2021-ci ilin ən yaxşı futbolçusunu seçib.
Qurumun rəsmi saytının məlumatina görə, bu nominasiyada Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi layiq görülüb. 34 yaşlı futbolçu “ən yaxşı pleymeyker” nominasiyasında da qalib olub. Qeyd edək ki, Messi noyabrın 29-da karyerasında 7-ci dəfə “France Football” nəşrinin “Qızıl top” mükafatına layiq görülmüşdü.