
Dünya futbolu
163
16.12.2021, 10:51
Afrika Millətlər kuboku ləğv edilir?
Afrika Millətlər Kubokunun keçirilməsinin böyük risk olduğu düşünülür.
"Football-plus.az" saytının məlumatına görə, Afrika Futbol Konfederasiyası koronavirusla bağlı vəziyyətə və yeni yaranmış “Omikron” ştamına görə turnir ləğv edə bilər.
Federasiya rəsmiləri Avropadan oyunçuların və azarkeşlərin gəlişinin ölkədə epidemioloji vəziyyəti daha da pisləşdirəcəyini zənn edir.
Qeyd edək ki, turnir 2022-ci il 9 yanvar-6 fevralda keçirilməlidi.