“Bavariya”nın futbolçusu Kinqsli Koman zədələnib.
"Football-plus.az" saytının məlumatına görə, yarımmüdafiəçi Almaniya çempionatının 16-cı turunda "Ştutqart"la oyunda sıradan çıxıb. O, ayağından xəsarət alıb. Fransalı oyunçu Münhen təmsilçisinin mövsümün son matçında "Volfsburq"a qarşı görüşdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, Kinqsli meydana çıxdığı 10 oyunda 4 qol vurub.