Millimizin məşqçiləri "Adana Dəmirspor"da.
U15 və U16 millimizin baş məşqçisi Füzuli Məmmədov və qızlardan ibarət millimizin baş məşqçisi Siyasət Əsgərov Türkiyənin "Adana Dəmirspor" klubunun bazasında olublar. Mütəxəssislər baş məşqçi Vinçentso Montella ilə görüşüb, ona milli komandamızın forması hədiyyə edilib, eyni zamanda fikir mübadiləsi aparılıb. Artıq 3 gündü qardaş ölkədə olan məşqçilərin səfərinin məqsədi təcrübə toplamaq, məşq prosseslərində tətbiq olunan yeniliklərə tanış olmaqdı.