Polşa mətbuatı Mahir Emrelinin vəziyyəti haqda yeni xəbərlər yayıb.
"Football-plus.az" saytının məlumatına görə, azərbaycanlı futbolçu beyin silkələnməsi olub-olmadığını yoxlamaq üçün xəstəxanada müayinədən keçib. Hücumçunun baş nahiyəsində şiş əmələ gəldiyi müəyyənləşib. Həkim Emreliyə ehtiyatlı olmağı tövsiyə edib. Futbolçu bu səbəbdən dekabrın 14-də komandanın məşqində iştirak etməyib və bu gün "Zaqlembe" ilə matçda oynamayacaq.
Qeyd edək ki, "Legiya"nın idman direktoru Radoslav Kuxarski hücumçunun durumu ilə maraqlanmaq üçün onunla görüşüb.