Çempionlar Liqasının püşkatması nəticəsində PSJ "Real" ilə üz-üzə gələcək.
"Kral klubu"nun sabiq futbolçusu Serxio Ramos bu haqda yerli mətbuata danışıb:
"Real”la düşməyimizi istəməzdim. Amma “Santyaqo Bernabeu”ya qayıtmaq sevindiricidi. Pandemiyaya görə vidalaşa bilməmişdim. PSJ ilə başqa bir komandanın qarşılaşmasını istərdim. “Real”a olan sevgimi və hörmətimi hamı bilir. Amma indi PSJ-nin müdafiəsi mənə etibar edilib və turu keçmək üçün mümkün olan hər şeyi edəcəyəm. PSJ üçün meydanda canımı qoyacağam”.