Maqnus Karlsen şahmat tacı uğrunda görüşlərdən imtina etmək istəyir.
"Football-plus.az" saytının məlumatına görə, bu barədə özü yerli mətbuata açıqlama verib:
"Növbəti dəfə dünya çempionluğu uğrunda oynamağımı gözləyənlərin məyus olma şansı var. Qarşıdakı İddiaçılar Turnirini Alireza Firuzcadan başqası qazanarsa, çətin ki, şahmat tacı uğrunda görüşlər keçirim. Yalnız ona qarşı matç məni motivasiya edə bilər".