La Liqada böyük məbləğdə iki satış müqaviləsi rəsmiləşib.
İspaniya çempionatının oyunları “Movistar” və DAZN teleşirkətlərinə satılıb. 5 ili (2022/23 – 2026/27 mövsümlərini) əhatə edəcək müqavilələrin ümumi dəyəri 4,95 milyard avroya bərabərdi. Sazişin şərtinə görə, matçlar “Movistar” və DAZN arasında bərabər bölünəcək: hər teleşirkət La Liqada turun 5 matçını göstərəcək.
Maraq üçün qeyd edək ki, bu ilin mayında İngiltərə premyer-liqasının oyunlarının yerli telekanallara satışı üzrə müqavilənin müddəti 5,1 milyard funt sterlinqə 2025-ci ilə qədər artırılıb. Noyabrda isə ABŞ-ın NBC teleşirkəti ilə 2 milyard funt sterlinq dəyərində 7 illik müqavilə bağlanılıb. Almaniya bundesliqasında 2020-ci ildə yerli telekanallarla dəyəri 4,4 milyard avro olan 4 illik saziş reallaşıb.