İtaliya çempionatının dünən Romada keçirilən oyunu zamanı insident baş verib.
“Olimpiko”da baş tutan “Roma” – “Spetsiya” matçının (2:0) ilk hissəsində yerli tamaşaçılardan birinin səhhəti pisləşib. Təxminən 30-cu dəqiqədə “Roma”nın azarkeşi ürəktutması keçirib. Tibb işçiləri defibrilyator vasitəsilə onun ürəyinin fəaliyyətini normal vəziyyətə gətiriblər və azarkeş təcili xəstəxanaya aparılıb. Yolda kişi azarkeş növbəti dəfə ürəktutması keçirib. Onun hazırda klinikada müalicə olunduğu xəbər verilib.