Mahir Emreli "Legiya"dan ayrılmaq qərarına gəlib.
"Football-plus.az" saytının məlumatına görə, Polşa çempionatının son turunda "Visla"ya məğlub olan komandanın azarkeşləri futbolçulara hücum edib. Zədələnənlər arasında azərbaycanlı futbolçu da olub. Bu barədə yerli mətbuat xəbər yayıb.
Emreli artıq müqaviləni ləğv etmə variantının nə qədər olduğunu öyrənmək üçün vəkillərlə əlaqə saxlayıb. Hücumçunun növbəti tur "Zaqlembe" ilə matçda iştirakı gözlənilmir.