Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü təkrarlananacaq.
Belə ki, bugünkü tədbirin təşkilatçıları İngiltərə klubları “Mançester Yunayted”lə “Liverpul”un yer aldığı şarları səhv salıb. Bu üzdən püşkatma ərzində xətalar bir-birini sıralayıb. “Vilyarreal”ın mümkün rəqibləri sırasına qrupda üz-üzə gəldiyi “Mançester Yunayted”in adı olub. Əvəzində İspaniya klubunun potensial rəqibləri arasında İngiltərənin digər təmsilçisi “Liverpul” olmayıb. Həmçinin “Atletiko”nun mümkün rəqibləri arasına qrupda birgə mübarizə apardığı “Liverpul”un şarı qoyulubsa, “Mançester Yunayted”ın adı yer almayıb.
Bu səbəbdən "Vilyarreal", "Atletiko", "Liverpul" rəhbərləri nəticələrin ləğvini tələb ediblər. Püşkatma bu gün saat 18.00-da yenidən keçiriləcək.