Azərbaycanda ilin ən yaxşı idman xadiminin adı açıqlanıb.
"Football-plus.az" saytının məlumatına görə, İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsində jurnalistlər arasında keçirdiyi sorğuda bəlli olub.
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov 41 səslə bütün rəqiblərini qabaqlayıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov 4 xalla ikinci olub. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev və Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov hərəyə 3 səs toplayıblar.