“Kəpəz” Azərbaycan Kubokunda üçüncü dəfə böyük hesabla uduzub.
Gəncə təmsilçisi 1/8 finalın “Sabah”la görüşünədək yalnız iki dəfə üç və ya daha çox top fərqlə məğlub olmuşdu. Bu qarşılaşmalardan biri evdə, biri səfərdə baş tutub.
“Sabah”a 0:3 hesablı məğlubiyyətədək “Kəpəz” 18 il idi səfərdə böyük hesabla uduzmurdu. Bunadək yeganə belə məğlubiyyət 2003/04 mövsümündə qeydə alınıb. Həmin vaxt gəncəlilər Şəmkirdə eyniadlı komandaya 0:5 hesabı ilə yenilib.
İlk dəfə üç top fərqi ilə uduzan “Kəpəz”in digər böyük məğlubiyyəti üç il əvvəl “Səbail”lə ev matçına təsadüf edib – 0:4.