Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov dünən "Qarabağ"ın bazasını ziyarət edib.
“Qarabağ”ın prezidenti Tahir Gözəl nazir Fərid Qayıbovu bazada futbolçular üçün yaradılmış şəraitlə tanış edib.
Nazir Fərid Qayıbov çıxışında komandamızın Konfrans Liqasında tarixi uğura nail olaraq, pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edib, səmimi qarşılanmaya görə minnətdarlığını bildirib.
Prezidentimiz Tahir Gözəl nazir Fərid Qayıbova dəvəti qəbul etdiyi və “Qarabağ” barədə xoş sözlər səsləndirdiyi üçün təşəkkür edib.