İspaniya çempionatında noyabrın ən yaxşı oyunçusu müəyyənləşib.
"Football-plus.az" saytının məlumatına görə, bu nominasiyada Vinisius Junior qalib gəlib. “Real”ın hücumçusu ötən ay La Liqada meydana çıxdığı 3 oyunda 2 qol vurmuşdu. Ayın ən yaxşı oyunçusu üçün ayrılan mükafata Antuan Qrizmann (Atletiko), Xuanmi Ximenes (Betis), Dieqo Lopes (Espanyol), Memfis Depay (Barselona), Oskar Trexo (Rayo Valyekano) və Xoselu (Alaves) da iddia edirdi