Azərbaycanda uşaq futbolunun problemləri: Sağlam təməllər üzərində sağlam bina... Olacaqmı?

Azərbaycanda uşaq futbolunun problemlərinə həsr olunmuş layihə çərçivəsində növbəti yazını oxucularımıza təqdim edirik. Budəfəki müsahibimiz Türkmənistanda doğulub, elə topun arxasınca qaçmağa da orda başlayıb. Söhbət “Qarabağ”ın U-10 komandasınının çalışdırıcısı Eldəniz Qiyasovdan gedir.

- Eldəniz bəy, ilk sualımız uşaq futboluna gəlişinizlə bağlıdı. Bu sahəyə maraq necə oyandı, futbolda ilk addımlarınızı necə atdız?

- Azərbaycanda ilk məşqçim Ələkbər Cəfərov olub. 1990-cı ildə onun rəhbərlik etdiyi qrupda məşqə başladım. İki ildən sonra peşəkar futbola doğru addım atmağa başladım. Cəmi 13 yaşım vardı. Elitada ilk komandam Tovuzun “Turan” komandası oldu. 1996-cı ildə orda oynadım. Rəhmətlik Bəxtiyar Qulamovun rəhbərliyi altında “Dinamo-2” komandasında çıxış etdim. Beləcə müxtəlif komandaların şərəfini qorumağa başladım. 2002-ci ildəki məlum hadisələri siz də xatırlayırsız, Azərbaycan futbolsuz qalmışdı. Biz də onda məcburiyyətdən özümüzə başqa iş axtarırdıq ki, başımızı dolandıraq. Bir növ bu proseslər bizi də futboldan soyutdu. 2005-ci ildə övladım dünyaya gəldi, onun da futbola həvəsi var idi. Onu məşqlərə apara-apara hiss etdim ki, məşqçi işləyə bilərəm. Futbolçu kimi yetərincə təcrübəm var idi. Bir qədər də məşqçilərin işinə kənardan göz qoydum, nəzəriyyə ilə tanış oldum. Məşqçi olmaq istəyim daha da artdı. C kateqoriyalı kurslara qatıldım, oranı uğurla bitirdim. Əmin oldum ki, mən bu işi bacararam. Emin Salmanovun yanında da işləməyə başladım. Həmin vaxt əsas məqsədim təcrübə toplamaq idi. Vasif Haqverdiyevlə birlikdə “Əlincə” klubunda uşaqlarla çalışdım. 2016-cı ildə artıq qərar verdim ki, daha irəli getməliyəm. “Qarabağ”a müraciət etdim, müraciətim müsbət qarşılandı. Samir Musayev U-16 komandasını çalışdırırdı. Birlikdə çalışmağa başladıq. 1992-ci ildən Samirlə tanışıq, bir yerdə oynamışıq. Məndən dəstəyini əsirgəmədi. Həmin il məni 2008-ci ilə qədər doğulmuş uşaqların oynadığı U-10 komandasına baş məşqçi təyin etdilər. Hazırda həmin komanda U-14 liqasında çıxış edir. Üç il həmin komandanı çalışdırdım. Bu ildən isə 2012-ci il təvəllüdlü uşaqları qəbul etmişəm, “Qarabağ”ın U-10 komandasının baş məşqçisiyəm.

- 10 yaş yetərincə həssas bir dövrdü. Uşaqlar hələ kövrək olur, daha çox diqqət tələb edirlər. Həm də gələcək karyera üçün formalaşma başlayır. Sizcə, bu yaş dövründəki uşaqlarla çalışan məşqçilər ən çox nəyə diqqət etməlidi?

- Uşağın hər şeydən əvvəl bir şəxsiyyət kimi formalaşması bu yaşda başlayır. Bu yaşa hər kəs diqqətli olmalıdı. Məşqçilər də buna çox diqqət göstərməlidilər. Məsələ təkcə futbolçu olub-olmamaqdan getmir. Azyaşlının psixologiyasına diqqət yetirmək, onun özünü necə aparmasını izləmək vacibdi. Biz o yaşda uşağı təkcə futbolçu olmağa yox, həm də həyata hazırlamalıyıq. Çalışmalıyıq ki, həmin uşaq düzgün şəxsiyyət kimi formalaşsın. Uşaqlarla işləməyin çətin tərəflərindən biri valideyn müdaxiləsidi. Onlar bizim işimizə də həddindən artıq müdaxilə edirlər. İkinci bir məqam isə uşaqların qapalı mühitdə böyüməsidi. İndi azyaşlılar bütün gün evdə vaxt keçirirlər, küçədə futbol, yaxud da digər oyunlar oynamırlar. Ünsiyyət yaratmaqda çətinlik çəkirlər. 10 yaşında uşaq ağ vərəq kimidi. Biz məşqçilər, valideynlər ora nə yazsaq, onlar elə də gedəcəklər. Bir şərtlə ki, valideynlər biz məşqçilərin işinə gərəksiz müdaxilələr etməsinlər. Əmin olmaq lazımdı ki, məşqçilər də öz yetirmələrinin yaxşı futbolçu, kamil şəxsiyyət olmasına çalışır.

“Qarabağ”ın akademiyasında çalışan məşqçi: “Öz oğluma dedim ki, onun futbolçu kimi böyük potensialı yoxdu”


- Razılaşın ki, hər bir valideyn övladını hamıdan yaxşı hesab edir, onun irəli getməsinə çalışır. Belə olan halda məşqçi-valideyn münasibətləri necə olmalıdı?

- Burda rəngləri tündləşdirəsi, münasibətləri qəlizləşdirəsi bir şey yoxdu. Bəzən bu münasibətləri fərqli yerə çəkənlər, yozanlar olur. Sözsüz, məşqçi uşaqla bağlı məlumatları müəyyən zaman aralıqlarında valideynə verməli, onun mənfi və müsbət keyfiyyətlərindən danışmalıdı. Maarifləndirici söhbətlər mütləq olmalıdı. Bəli, hər bir valideyn öz övladının başqalarından daha yaxşı olduğunu düşünür. Bunu da normal qəbul etmək lazımdı. Biz valideyndə uşağın zəif və üstün cəhətlərini deyirik. Valideyn də bu məlumatların obyektiv olduğuna əmin olmalıdı. Belədə hər hansı problem yaranmayacaq. Əsas qarşılıqlı ünsiyyətin və etimadın olmasıdı. Onda valideyn də uşağın vəziyyətini obyektiv qiymətləndirəcək. Ətraflı informasiya mübadiləsi, ünsiyyət olsa, valideynlərlə məşqçilər arasında da hansısa problemlər yaşanmaz. Bəzən valideynlər məşqçilərə “şirinlik” təklif edirlər. Ən çox da komandaya yeni baş məşq məşqçi gələndə belə olar. Valideynlər yeni bir sima görürlər. Onda da bəziləri belə şeylərə cəhd edirlər.

- Hazırda çalışdığın “Qarabağ”ın futbol akademiyasında vəziyyət necədi?

- “Qarabağ” futbol akademiyasında bu gün böyük işlər görülür. Onların da nəticəsi kimi inkişafa doğru meyillər görmək mümkündü. Təminat, işlərin təşkili ilə bağlı hər şey qaydasındadı. Bəzən hansısa şikayətlər olur, bu şikayətlər də müxtəlif vasitələrlə mətbuata yol tapır. Bunun da səbəbi az əvvəl toxunduğumuz məsələdi. Bəzi valideynlər övladlarının hamıdan yaxşı olduğunu düşünüb, məşqçilərin işinə müdaxilə edir. Nəticə olmayanda isə bu cür qarayaxmalara üstünlük verirlər. Valideyn istəyir ki, ancaq onun uşağı oynasın. Amma belələri uşaqdakı nöqsanları görmür. Onların məşqçilərin işinə kölgə salması, bütöv bir akademiyanın adına qara yaxması yolverilməzdi. Özünüz da bilirsiz ki, “Qarabağ” futbol klubunun rəhbərliyi Azərbaycan futbolunun inkişafı üçün böyük işlər görür və bu işlərin nəticəsi bütün xalqımızı sevindirir. Hazırda “Qarabağ” futbol akademiyasından şikayətçi olmaq üçün hansısa əsas yoxdu.

- Amma ümumilikdə bizim uşaq futbolunda xeyli problem var. Onların həllinə hardan başlamalıyıq?

- Uşaq məşqçilərinin təhsili, iş təcrübəsi artırılmalıdı. Beynəlxalq təcrübədən yararlanmaq, onların iş təcrübəsini öyrənmək lazımdı. Yaxşı olardı ki, biz uşaq məşqçilərinin xaricə yollanmasına, orda seminarlarda iştirak etməsinə şərait yaradılsın. İnanın ki, bunun nəticəsi mütləq olacaq. Uşaq futbolunun inkişafı üçün akademiyaların yaradılması əsas şərtdi. Məktəbdən çıxan uşaq bazada qidalanmalı, vitamin qəbul etməli, psixoloqun, həkimin nəzarətində olmalıdı. Bütün dünyada belədi. Uşaq futbolu peşəkar yanaşma, yüksək şərait tələb edir. Ev şəraitində yaşayan uşağın məşqdə yüksək nəticə verməsi mümkün deyil. İnanın mənə, elə uşaq olur ki, məşqə ac gəlir. Acqarına uşaq necə məşq edəcək, ondan necə futbolçu olacaq? Əvvəlcə bütün bunlara diqqət etməliyik, akademiyalaşma aparılmalıdı. Belə etsək, böyük inkişaf yoluna tezliklə qədəm qoyarıq.

- Az əvvəl övladınızın da futbolla məşğul olduğunu dediniz. Hazırda oğlunuz futbol oynamağa davam edirmi?

- Oğlum İsgəndər iki ilə yaxındı bu sahədən uzaqlaşıb. 6 yaşından 14 yaşına qədər, səkkiz il məşqlərə qatıldı. Özünə də başa salırdım ki, futbolla yanaşı, təhsili də mənim üçün vacibdi. U-12 liqasında oynayanda gördüm ki, onun futbolçu kimi böyük potensialı yoxdu. Ona da bunu başa saldım. Həmin söhbətimizdən sonra daha iki il məşqlərə getdi. Sonra da mənimlə razılaşdı, hər şeyi başa düşdü. Futbol məşqlərini dayandırdı və dərslərinə daha çox diqqət yetirməyə başladı. İndi də ali məktəbə imtahan verməyə hazırlaşır. Fikrimcə, hər kəs vaxtında düzgün seçim etməlidi.

İLKİN SULTANLI





Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Son xəbərlər

Suarezin yeni klubu bəlli oldu

"Araz Naxçıvan"ın minimalhesablı qələbəsi - VİDEO

MY onu komandada saxlamaq istəyir

"Barselona"da itki

"Meydanda daha çox mübarizə aparmalıyıq" - Qurban Qurbanov

"Barselona" "İnter"lə oyunun hakimini şikayət edəcək

"Əlimizdən gələni edəcəyik" - Şahruddin Məhəmmədəliyev

FIFA Namik Ələskərova görə "Bursaspor"u cəzalandırdı

"Frayburq"un baş məşqçisi koronavirusa yoluxdu

"Kəpəz-2" və "Turan Tovuz-2"dən qələbə, MOİK məğlub oldu - YENİLƏNİB

Cüdoçularımızın dünya çempionatındakı rəqibləri bilindi

"Qarabağ" Afinada - FOTOLAR

"Barselona" UEFA-ya şikayət edəcək

"Real"da ciddi itki

Baş məşqçisi Marselonu "Qarabağ"la matçda meydana buraxmaq istəmir

"Kəpəz" xorvatiyalı qapıçını transfer etdi

"Neftçi"nin futbolçusu evləndi

Ümumdünya Şahmat Olimpiadasında 3-cü tur sona çatdı - FOTOLAR

“Kəpəz” braziliyalı hücumçunun transferində maraqlıdı

"Napoli" İtaliya futbolunda ilkə imza atdı

AFFA Velebitin iradlarına cavab verdi

47 dəqiqəlik derbi

Cavid Hüseynov “Cəbrayıl”ı bir məktəbdə oxuduğu dostuna tapşırıb

"Türkiyədə pul futboldan önə keçib, amma "Qarabağ"da belə deyil" - Türkiyəli ekspert

İspaniya klubu azərbaycanlı futbolçunun transferini açıqladı

"Qarabağ"ın rəqibinin futbolçusu əməliyyat edildi

"Barselona"nın yeni antirekordu

Qurban Qurbanov "Olimpiakos"la oyundan öncə narahat olduğu məqamlardan danışdı - MÜSAHİBƏ

"Biz öz gücümüzü bütün mövqelərdə göstərdik" - Çalhanoğlu

Millimizin sabiq üzvü seçkidə uduzdu

Mata idarəçilik kurslarına qatılacaq

"Olimpiakos" - "Qarabağ" matçında anşlaq olacaq

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

Bütün xəbərlər