Eden Azar hələ də “Real”a ona görə ödənilən 100 milyon avronun heç yarısının yarısı qədər xeyir verə bilməyib.
Bu səbəbdən klubunun, necə deyərlər, ona marağı “ölmək” üzrədi. Amma rəhbərlik belçikalı futbolçunu “Vest Hem”ə satmaq istəməyib. “The Sun” qəzetinin yaydığı xəbərə görə, İngiltərə klubu yarımmüdafiəçi üçün 25 milyon avroluq təklif edib. Ancaq Madrid klubunun prezidenti Florentino Peres bu təklifi rədd edib.
“The Sun”ın xəbərində bildirilib ki, “Real” 30 yaşlı oyunçunu 50 milyon avrodan aşağı qiymətə satmağı planlaşdırmır. Azarın klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin yayında sona çatacaq.