Serxio Ramos PSJ-yə “Monako” ilə vacib matçda kömək edə bilməyəcək.
Fransa çempionatında bu axşam keçiriləcək oyun üçün iştirak ərizəsində onun adı yoxdu. İspaniyalı futbolçu hələ də fərdi proqram əsasında məşq edir. Ramos parislilərin ardıcıl 4-cü oyununu buraxacaq. PSJ-də noyabrın sonunda keçirilən “Sent-Etyen”lə matçda (3:1) debüt edən 35 yaşlı müdafiəçinin problemi əzələlərin yorğunluğu ilə bağlıdı. Serxionun gələn həftə ümumi qrupda məşqlərə başlaması gözlənilir.