
Dünya futbolu
145
12.12.2021, 18:34
Obameyanq “Sauthempton”la matçı niyə buraxıb?
“Arsenal” - “Sauthempton” matçının start heyəti ev sahiblərinin kapitanının yoxluğuna görə diqqəti cəlb edib.
"Football-plus.az" saytının məlumatına görə, Pyer-Emerik Obameyanqın adı, ümumiyyətlə, iştirak ərizəsinə daxil edilməyib. Səbəb hücumçunun intizamsızlıq etməsi ilə bağlıdı: yerli mənbələr onun son məşqə gecikdiyini xəbər verib. Baş məşqçi Mikel Arteta isə jurnalistlərə belə açıqlama verib: “Komandamızda müəyyən məsələlər müzakirə olunmur. Fikrimcə, biz vacib məsələlərə həmişə xüsusi diqqət yetiririk. Bu, heç də adi məsələ deyil və kapitanımızın belə vəziyyətə düşməsini istəmirik”.