Portuqaliya çempionatında 14-cü turun oyunları keçirilir.
"Football-plus.az" saytının məlumatına görə, Renat Dadaşovun çıxış etdiyi “Tondela” "Vitoriya" ilə üz-üzə gəlib və 2:5 hesabı ilə məğlub olub. Həmyerlimizin komandası 61-ci dəqiqədə oyunda 10 nəfərlə qalıb.
Millimizin üzvü mübarizəyə ilk "11-lik"də başlayəb. O, sona qədər meydanda olub.
Qeyd edək ki, “Tondela” 14 turdan sonra 12 xalla 11-ci pillədə qərarlaşıb.