Belarusda mövsüm yekunlaşıb.
Ruslan Qurbanovun da "Slaviya" ilə müqaviləsinin müddəti bitib. Onunla bir müddət öncə əlaqə saxlayarkən Mozır klubunun yeni müqavilə bağlamaq istədiyini söyləmişdi. "Football-plus.az" saytı olaraq, Ruslandan son durumu öyrəndik:
Təkcə "Slaviya" ilə danışıq aparmıram. Litva, Latviya, Rusiya və Belarusdan da bəzi klublarla danışıqlar gedir. Mənim üçün ən əsası davamlı oynamaqdı. Bu üzdən elə komanda seçmək istəyirəm ki, həmişə oynaya bilim. Hələ ki dəqiq heç nə deyə bilmirəm, danışıqlar gedir. Dəqiq klubsuz qalmayacam".
GÜNAY VƏLİYEVA