Medhi Benatya karyerası ilə bağlı vacib qərar verib.
Mərakeş yığmasının sabiq oyunçusu futbolçu həyatını başa vurub. 34 yaşlı müdafiəçi bu barədə “instaqram” səhifəsində paylaşım edib. O, peşəkar karyerasını bitirdiyini bəyan edib. Mərakeş millisinin formasını 66 oyunda geyən və 2 qol vuran Benatyanın sonuncu klubu “Fatih Karagümrük” olub.
O, doğulduğu Fransada “Marsel”, “Tur”, “Loryan” və “Klermon”da çıxış edib. Sonra İtaliyaya üz tutub və “Udineze” ilə “Roma”da top qovub. 2014-16-cı illərdə Almaniyada “Bavariya”nın şərəfini qoruyandan sonra İtaliyaya qayıdaraq üç il “Yuventus”da çıxış edib. Benatya bu il Türkiyəyə gəlməzdən əvvəl iki il “Əl-Duhail”də (Qətər) oynayıb.