Erlinq Holannın başqa kluba yollanmasının mümkünlüyünü nəzərə alan “Borussiya” rəhbərliyi indidən zəruri addım atıb.
Dortmund klubu Holannın yerinə oyunçu alıb. “Bild” qəzetinin xəbərində “Borussiya”nın Kərim Adeyeminin transferi ilə bağlı onun klubu ilə razılığa gəldiyi bildirilib. Dortmundluların ona görə “Zaltsburq”a 35 milyon avro ödəyəcəyi də məlum olub.
19 yaşlı Adeyemi “Bavariya” və “Unterxaxinq”in akademiyalarında futbolun sirrlərinə yiyələnib. Bu mövsüm “Zaltsburq”un heyətində bütün turnirlərdə meydana çıxdığı 27 oyunda 15 qol vurub və 3 məhsuldar ötürmə verib.