Çempionlar Liqasında (ÇL) həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
UEFA-nın saytının yaydığı xəbərə görə, bu nominasiyada PSJ-nin oyunçusu qalib gəlib. Qurumun saytında keçirilən səsvermədə iştirak edən azarkeşlər daha çox Kilian Mbappeyə üstünlük veriblər. 22 yaşlı hücumçu qrup mərhələsinin 6-cı turunun “Brügge” ilə ev oyununda komandasının 4:1 hesablı qələbəsində 2 qol və 1 məhsuldar ötürmə ilə rol oynamışdı.
Mbappe həftənin ən yaxşı futbolçusu adı uğrunda mübarizədə Antuan Qrizmann (Atletiko), Arno Qruneveld (Vilyarreal) və Jonatan İkoneni (Lill) arxada qoyub