İngiltərə premyer-liqasında noyabrın ən yaxşı məşqçisi müəyyənləşib.
Fərdi mükafata Xosep Qvardiola sahib çıxıb. Onun baş məşqçisi olduğu “Mançester Siti” ötən ay çempionatda üç qələbə qazanmışdı. “Mançester Yunayted”i 2:0, “Everton”u 3:0, “Vest Hem”i isə 2:1 hesabı ilə məğlub edən “şəhərlilər” hazırda lider mövqeyindədilər.
Qvardiola karyerasında 10-cu dəfə premyer-liqada ayın ən yaxşı məşqçisi seçilib. O, bu ad uğrunda mübarizədə Stiven Cerrardla (Aston Villa) Yürgen Kloppu (Liverpul) qabaqlayıb.