Konfrans Liqasında qrup mərhələsinin son turunun statistik göstəriciləri açıqlanıb.
"Football-plus.az" saytının məlumatına görə, "Qarabağ"ın futbolçusu Kadi Borqes cinahdan cərimə meydançasına ən çox dəqiq ötürmə verən iki oyunçudan biri olub.
Yarımmüdafiəçinin "Bazel"lə qarşılaşmada 5 cəhdi uğurlu alınıb. Kadi "Vitess" klubunda çıxış edən Maksimilian Vitteklə birlikdə 1-2-ci yerləri bölüşdürür.